Onlar bu qərarı Cənubi Atlantikanın "hərbiləşdirilməsinə bir işarə" adlandırıblar
16-02-2012 / 11:14
Faktxeber.com-un verdiyi məlumata görə, Britaniya deputatının Folklend adalarına planlaşdırılmış səfərini Argentina hökuməti narazılıqla qarşılayıb. Onlar bu qərarı Cənubi Atlantikanın «hərbiləşdirilməsinə bir işarə» adlandırıblar.
Deputatı Folklendə göndərmək planı Britaniya Parlamentində Müdafiə Komitəsinin iclası zamanı səsləndirilib.
Xatırladaq ki, bir müddət əvvəl adaya axtarış-xilaetmə pilotu qismində II Yelizavettanın nəvəsi şahzadə Uilyam göndərilmişdi.
Qeyd edək ki, argentinalıların Malvin adlandırdıqları ada qrupunun statusu Buenos-Ayros üçün hələ də ağrılı və çox vacib məsələlərdəndir. Britaniya 1833- cü ildən adalara nəzarət edir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.