Heç düşündükmü hicab aksiyasında başı yarılan bizim atamızdı? Onda neyləyərdik?
16-02-2012 / 11:07
Heç düşündükmü məktəblərə hicabına görə buraxılmayan məktəbdən qovulan bizim bacımızdır?
Heç düşündükmü həbs olunan ruhanilər bizim atamız, ya qardaşımızdı? O vaxt da belə soyuqqanlı olardıqmı?
Heç düşündükmü polisin əlindən Quranı alınıb yerə çırpılan, təpiklə vəhşicəsinə maşına mindirilən bizim bacımızdı ya anamızdı? Əgər anamıza qarşı da belə etsəydilər dayanıb seyr edərdik? Bacımızın başına polis dəyənək vursaydı necə? Üzümüzü çevirib keçərdik?
Bax hicab məhbusları indi bütün sadaladıqlarımı öz ruhu ilə hiss edirdi. Çünki onların ruhu İslami bir ruh olaraq formalaşmışdır. Həmçinin bu gündə hicab qadağasını ürək ağrısı ilə duyan möminlərin ruhu İslamidir və onlar ruhən bu zülmləri öz vücudlarında duyurlar.
Hacı Talenin bu sözü buna əyani sübutdur: “Möminə xanımlardan mənim adımdan üzr istəyin, deyin ki əlimdən gələn bu oldu.” Məgər möminlər bir bədənin üzvləri kimi deyilmi?
Bu gün məni incitmirlərsə, amma başqa bir möminə zülm edirlərsə və məndə soyuqqanlı olaraq tamaşa edirəmsə haradan mömin sayılıram? Bəlkə öz nəfsimin keşiyində duran möminəm nəinki həqiqi mömin?!
Bu gün mübariz insanlara şərlər atılır ki, guya hicabı əllərində bayraq ediblər, İslamdan siyasi maraqlarına görə istifadə edirlər. Bu məkrli və nifaq dolu sözləri bu gün bir sıra dindar və ya dini təhsil almış bir tələbə deyirsə, bu ağlamalı bir haldır. Bu insanlar ya bilərəkdən, ya bilməyərəkdən zalımların fitnəsinin oyunçusuna çevriliblər.
Əgər biz ruhən İslamı yaşamasaq, bundan sonra zalımların deyil, Allahın əzabını gözləyək.
Bu deyilenlerde Sizinle raziyam! here ozu uchun dua edir ve o dunyasini qazanmaqa chalishir! amma biz hamimiz uchun yashamaliyiq ve el -ele verib elimizden alinani geri qaytarmaliyiq!Bu meselede dindarlarlar qeyri fealliq gosterirler! Birleshmek lazimdir!
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.