Hadisə nəticəsində bir ailədən olan 4 nəfər xəsarət alıb
16-02-2012 / 10:52
Binəqədi Rayon Polis İdarəsindən FaktXeber.com-a daxil olan məlumata görə, Binəqədi qəsəbəsi 3-cü mədən küçəsi, 62 ünvanında yerləşən evdə partlayış hadisəsi qeydə alınıb.
Partlayışa səbəb qaz sızması olub. Hadisə nəticəsində bir ailənin üzvü olan 4 nəfər - 33 yaşlı Etibar Musayev, həyat yoldaşı 31 yaşlı Könül Musayeva, övladları 13 yaşlı Abbas və 10 yaşlı Rəsul xəsarət alıblar.
Partlayışın təsirindən mənzil tamamilə yararsız hala düşüb. Faktla bağlı araşdırma aparılır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.