Hələlik bu qərar Avropanın 6 ölkəsinə şamil olunub
16-02-2012 / 10:28
FaktXeber.com-un "Mehr"ə istinadən verdiyi məlumata görə, İran Avropanın 6 ölkəsinə - Hollandiya, İspaniya, Fransa, Yunanıstan, Portuqaliya və İtaliyaya neft ixracını dayandırıb. Bununla bağlı qərar avrozona ölkələrinin İran neftinin Avropa ölkələrinə tədarük edilməsinə qoyulan qadağaya cavab kimi qəbul olunub.
Qeyd edək ki, Avropa İttifaqı ölkələri mərhələli şəkildə İrandan neftin tədarükünün dayandırılması ilə bağlı razılığa gəliblər. Buna qədər isə Aİ rəsmi Tehranla bütün işgüzar münasibətləri dayandırıb və bütün xarici aktivlərini dondurmağa qərar verib.
İran dünyada Səudiyyə Ərəbistanından sonra ən böyük neft ehtiyatlarına malik ölkədir və onun dünya neft məhsulları bazarında ticarəti 6 faiz təşkil edir. Neft ixracaına görə isə 4-cü yeri əlində saxlayır. Bu sıra OPEK ölkələrində ikinci yerdədir. İran neftinin ən böyük alıcısı isə Çindir. Sözügedən ölkə ehtiyacı olan neftin 30 faizini İrandan alır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.