AZƏRBAYCAN ERMƏNİ TƏRƏFƏNİN QƏTNAMƏLƏRƏ ƏMƏL EDƏCƏYİNİ GÖZLƏYİR
İlham Əliyev: "Bunun üçün yaxşı hüquqi əsas var"
16-02-2012 / 10:16
“NATO ilə Azərbaycan arasında münasibətlərin çox yaxşı tarixi vardır. Bu, uğurlardan ibarət tarixdir”. FaktXeber.com-un verdiyi məlumata görə, bunu Azərbaycan prezidenti İlham Əliyev NATO-nun Brüsseldəki mənzil-qərargahında mətbuat nümayəndələri qarşısında bəyanatında bildirib.
Azərbaycanın dövlət başçısının sözlərinə görə, NATO-nun baş katibi Anders Foq Rasmussenlə regional təhlükəsizlik məsələləri, xüsusən də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı aparılan danışıqları müzakirə edib: “Mən cənab baş katibi bu danışıqların hazırkı durumu ilə tanış etdim və bir daha ümidvar olduğumuzu bəyan etdik ki, bu münaqişə mümkün qədər tez həll olunacaq və Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək. Bunun üçün yaxşı hüquqi əsas var. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Biz gözləyirik ki, erməni tərəfi bu qətnamələrə əməl edəcək”.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.