Sabah Eynulla Fətullayev 16 saylı cəzaçəkmə müəssisəsində monitorinq keçirəcək
15-02-2012 / 18:21
FaktXeber.com xəbər verir ki, bu gün "İnsan Haqları Uğrunda" İctimai Birliyinin sədri Eynulla Fətullayev 16 saylı cəzaçəkmə müəssisəsində monitorinq keçirəcək. Monitorinqin məhz bu müəssisədə keçirilməsinə vadar edən səbəb 2 aprel mitinqinə görə məhkum edilən və bu müəssisədə saxlanılan vicdan məhbusları Məhəmməd Məcidli, Zülfüqar Eyvazlı, Babək Həsənovun saxlanma şəraiti ilə bağlı ictimaiyyətə ünvanladıqları şikayətdir. Monitorinq zamanı cəzaçəkmə müəssisəsində məhkumların saxlandığı korpuslarda, yataqxanalarda (baraklarda) və onların istifadəsində olan məişət və şəxsi əşyaların saxlandığı otaqlarda, yeməkxanada, sanitar qovşaqlarının və digər məişət otaqlarına baxış keçiriləcək, saxlanma şəraiti təftiş ediləcək və məhkumlar qəbul edilərək onların fərdi şikayətləri dinləniləcək.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.