Etibar Əliyev: "Nəzərə alsaq ki, universitetlərin yataqxanaları yoxdur və buna görə tələbələr kirayədə qalırlar, belə olan halda verilən təqaüd heç bir halda bəs eləmir"
15-02-2012 / 15:52
Təhsil naziri Misir Mərdanov doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında əmr imzalayıb. Sərəncama əsasən 2011-ci il dekabrın 1-dən yuxarıda adıçəkilən şəsxslərə verilən təqaüd 10 faiz artırılır. Hazırda tələbələrə verilən təqaüdlər onların aylıq tələbatlarının ödənilməsinə kifayət edirmi?
Mövzu ilə bağlı FaktXeber.com-a münasibət bildirən təhsil məsələləri üzrə ekspert Etibar Əliyev, ölkədə tələbələrə verilən təqaüdün aşağı məbləğdə olduğunu bildirdi. “Postsovet ölkələri arasında ən aşağı təqaüd Azərbaycanlı tələbələr alırlar. O, vaxt bir tələbəyə verilən təqaüd onun 15-20 gün yaşamasına kifayət edirdi. Lakin indi nəzər alsaq ki, universitetlərin yataqxanaları yoxdur və buna görə tələbələr kirayə qalırlar, belə olan halda verilən təqaüd heç bir halda bəs eləmir».
“Ölkənin dövlət büdcəsi tələbələrə aylıq tələbatlarını ödəyəcək qədər təqaüd vermək imkanına malikdirmi”,-sualına da aydınlıq gətirən Etibar Əliyev qeyd etdi ki, hazırda dövlətin ümumi vəziyyəti və ödənişli təhsilin çox yüksək səviyyədə olması əsas verir ki, təqüdlərin səviyyəsi 3 dəfə qaldırılsın. “Təqaüdlərin artırılması eyni halda tələbələrin yüksək səviyyədə təhsilə olan həvəsini də artıracaq.”
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.