Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının qurultayın yeri ilə bağlı müraciətinə cavab verib
15-02-2012 / 15:35
Müsavat Partiyası yanvarın 17-də Qurultayın keçirilməsi ilə bağlı Bakı merinə müraciət ünvalamışdı. Cavab məktubda bildirilib ki, Bakı Əl Oyunları İdman Sarayının qurultay üçün ayrılması mümkün deyil. Bu barədə FaktXeber.com-a Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı məlumat verib. Gülağa bəyin bildirdiyinə görə, BŞİH-cavab məktubunda qurultayın keçirilməsi üçün alternativ yer təklif edilməyib.
“Partiya olaraq alternativ yer təklif edəcəksinizmi”, - sualına da aydınlıq gətirən başqan müavini, “bununla bağlı Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin yığıncağı çağırılaraq qərar veriləcək”,-deyə bildirdi.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.