Bakıda yanvarın 1-dən fevralın 11-dək 94 yol qəzası qeydə alınıb. Nəticədə 13 nəfər ölüb, 128 nəfər xəsarət alıb
15-02-2012 / 15:25
FaktXeber.com xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, qeydə alınan hadisələrin 51 faizi sürət həddinin aşılması, 27 faizi ötmə, manevr və yolayrıcını keçmə qaydalarının pozulması, 14 faizi ara məsafəsinin saxlanılmaması, qalan hissəsi isə digər pozuntular səbəbindən baş verib.
Bu müddətdə 112 piyada yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılıb və inzibati qaydada cəzalandırılıb. İdarə əməkdaşları tərəfindən ötən dövrdə 32 911 yol hərəkəti qaydalarının pozuntusu qeydə alınıb.
Videodakı görüntülər "Təhlükəsiz Şəhər" sisteminin kameraları vasitəsilə qeydə alınıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.