Namiq Həsənov: "Mayın 1-dən Bakıda "Jiquli" markalı taksilər yığışdırılacaq"
15-02-2012 / 14:55
FaktXeber.com xəbər verir ki, Bu il may ayının 1-nə qədər Bakı şəhərində bir ədəd də olsun taksi kimi fəaliyyət göstərən “Jiquli” markalı avtomobil qalmayacaq. Bu barədə Nəqliyyat Nazirliyinin mətbuat katibliyinin müdiri Namiq Həsənov açıqlamasında bildirib.
Namiq Həsənovun sözlərinə görə, Nəqliyyat Nazirliyinin son qərarına əsasən, “London taksiləri” də daxil olmaqla Bakıda ümmilikdə 5000 taksiyə lisenziya veriləcək. “Jiquli” markalı avtomobildə taksi fəaliyyəti ilə məşğul olanlar isə İnzibati Xətalar Məcəlləsinin 150.4 maddəsiiə 100 manat məbləğində cərimə ediləcəklər.
“Jiquli” markalı avtomobillər yalnız fərdi minik vasitəsi kimi istifadə oluna bilər. Namiq Həsənov ölkəmizə ümumilikdə 3000 “London taksisi”nin gətirilməsinin nəzərdə tutulduğunu bildirib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.