BAKININ 4 RAYONUNA İÇMƏLİ SU VERİLMƏSİNDƏ MƏHDUDİYYƏTLƏR OLACAQ
15-02-2012 / 14:02
Bu gün Bakı şəhərinin Nizami, Xətai, Suraxanı və Sabunçu rayonlarının bəzi yerlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə FaktXeber.com-a “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
ASC istehlakçıların nəzərinə çatdırır ki, buna səbəb paytaxtın Ziya Bünyadov küçəsində 1200 mm-lik magistral su xəttində baş vermiş qəzadır.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.