Bakıda 16 mərtəbəli yaşayış binasının sonuncu mərtəbəsi yanmağa başlayıb
15-02-2012 / 14:00
FaktXeber.com xəbər verir ki, Azərbaycan paytaxtında yaşayış binasında yanğın başlayıb. Yasamal rayonu Naxçıvani küçəsi 22-də, Kaspian Plazanın yanındakı 16 mərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində hazırda güclü yanğın var.
Əraziyə Fövqəladə Hallar nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları və polis əməkdaşları gəlib. Yanğının söndürülməsi üçün tədbirlər görülür.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.