Hazırda onların tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir
15-02-2012 / 13:41
Kürdəmir rayonunda üç məktəbli qız itkin düşüb. Bu barədə FaktXeber.com-a Kürdəmir Rayon Polis Şöbəsindən bildirilib.
Məlumata görə, rayonun Carlı kənd sakinləri – 16 yaşlı Tünzalə Şirəliyeva, 16 yaşlı Röyalə Novruzova və onun əkiz bacısı Minayə Novruzova dünən yaşadıqları kənddən Kürdəmir rayonunun mərkəzinə hazırlıq məqsədi ilə müəllim yanına getmək adı ilə evdən çıxıb və geri qayıtmayıblar. Onların valideynləri bu barədə Kürdəmir Rayon Polis Şöbəsinə məlumat veriblər. Araşdırmalar zamanı məktəbli qızların müəllim yanına getmədikləri məlum olub. Polis adıçəkilən şəxsləri itkin düşmüş kimi qeydiyyata alıb. Hazırda onların tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.