MƏHKƏMƏ SABİR RÜSTƏMXANLININ İDDİALARINI RƏDD ETDİ
Sabir Rüstəmxanlının Səftər Rəhimliyə qarşı qaldırdığı məhkəmə iddiası əsassız hesab edilərək Yasamal rayon məhkəməsi tərəfindən ləğv edilib
15-02-2012 / 12:47
FaktXeber.com xəbər verir ki, DAK həmsədri Sabir Rüstəmxanlının DAK İdarə heyətinin üzvü, qurumun Azərbaycan nümayəndəliyinin rəhbəri Səftər Rəhimliyə qarşı qaldırdığı məhkəmə iddiasına dünən 14 fevral 2012-ci ildə saat 16.30-da Yasamal rayon məhkəməsində hakim Fuad Talışınskinin sədrliyi ilə baxılsada məhkəmənin qərarı bu gün 15 fevral 2012-ci il saat 10.00 saxlanılmışdır.
Xatırladaq ki, DAK-ın birləşməsindən dolayı baş verən çəkişmələrdən Sabir Rüstəmxanlı DAK-ın birləşməsini istəyən şəxsləri 3 avqust 2011-ci ildə keçirdiyi mətbuat konfransında İran və Rusiyanın adamları olduqlarını bildirib. Buna qarşılıq olaraq 5 avqust 2011-ci ildə Səftər Rəhimli “Gündəlik Bakı” qəzetinə verdiyi müsahibədə ”Sabir Rüstəmxanlı öz adını başqalarına qoyur”. Atalarda bele bir misal var deyir “Adımı sənə qoydum sənidə yana–yana qoydum” deyə bildirərək “ Əslində Sabir Rüstəmxanlının vaxtiylə rus “KQB”si ilə məcaralarından hər kəs danışır” deyə ifadə edib.
Ona görə də Sabir Rüstəmxanlı 11 avqust 2011-ci ildə Səftər Rəhimlini məhkəməyə verərək Az.Res CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını və cəzalandırılmasını tələb edib. Onu da bildirək ki, 2 dəfə Binəqədi rayon məhkəməsi Sabir Rustəmxanlının iddialarını əsassız hesab edərək işi ləğv edib. Sabir Rüstəmxanlı verilən qərardan razlaşmamış və Apelliyasiya şikayəti vermişdir. Sonda Apelliyasaiya məhkəməsi qərar çıxararaq yenidən baxılmaq üçün işi Binəqədi rayon məhkəməsinə geri göndərilmişdir.Binəqədi rayon məhkəməsi işi yenidən ləğv etmişdir.Sabir Rüstəmxanlı sonradan Yasamal rayon məhkəməsinə şikayət etmişdir.Yasamal rayon məhkəməsi ikinci baxışı 8 fevral 2012-ci ildə həyata keçirmişdir, dünən isə üçüncü baxış keçirilsədə məhkəmənin qərarı bu günə saxlanılaraq 15 fevral 2012-cil saat 10.00 da elan olundu.Məhkəmənin qərarıyla Yasamal rayon məhkəməsi S.Rüstəmxanlının Səftər Rəhimliyə qarşı qaldırdığı məhkəmə iddiasını əsasız hesab edilərək ləğv etdi.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.