Fevralın 16-da Azərbaycan ərazisində havanın əsasən yağmursuz keçəcəyi, lakin 16-da axşam, 17-də gecə yağıntılı olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən FaktXeber.com-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi 16-da axşam, 17-də gecə arabir güclənəcək. Mülayim şimal-qərb küləyi 16-da axşam, 17-də gecə arabir güclənəcək.
Fevralın 16-da Bakı və Abşeron yarımadasında havanın temperaturu 9 dərəcəyədək yüksələcək.
Fevralın 15-dən 16-a keçən gecə havanın az yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi, axşam yenidən yağıntılı olacağı gözlənilir. Cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.
Havanın temperaturu gecə 1-3 dərəcə isti, gündüz 5-9 dərəcə isti olacaq. temperaturun axşama doğru müsbət 2 dərəcəyə yaxın olacağı gözlənilir.
Azərbaycanın rayonlarında fevralın 16-da hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, çiskin müşahidə ediləcək. Lakin axşam bəzi yerlərdə havanın yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 10-15 dərəcə şaxta olacağı gözlənilir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.