AVROZONANIN MALİYYƏ NAZİRLƏRİ YUNANISTAN GÖRÜŞLƏRİNİ LƏĞV EDİBLƏR
Avroqrupun rəhbəri Jan Klod Yunker bu addımın səbəbi kimi Yunanıstan hökumətinin sərt iqtisadi tədbirlər barədə planı əməl edəcəyinə dair zəmanət verməməsini göstərib
15-02-2012 / 12:04
Faktxeber.com-dan verilən məlumata görə, Avroqrupun rəhbəri Jan Klod Yunker Avrozona ölkələrinin Yunanıstana maliyyə yardımının çatdırılması üçün təşkil olunmuş görüşün ləğv olunduğunu bildirib.
O, bu addımın səbəbi kimi Yunanıstan hökumətinin sərt iqtisadi tədbirlər barədə planı əməl edəcəyinə dair zəmanət verməməsini göstərib.
Qeyd edək ki, bir müddət əvvəl Yunanıstanın AB və BVF-dan ölkənin xilas etmək üçün daha 130 milyard dollar almaq məqsədiylə Parlamentinin sərt iqtisadi tədbirləri barədə qanun layihəsini qəbul etiməsini Avrokomissiya dəstəkləmişdi.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.