BMT VƏ AVROPA NÜMAYƏNDƏ HEYƏTLƏRİ AZƏRBAYCANA SƏFƏRƏ GƏLİB
BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə Ofisi, Avstriya hökuməti, Avropa Dələduzluğa qarşı Mübarizə Ofisinin Beynəlxalq Antikorrupsiya Akademiyasının nümayəndə heyəti Azərbaycana səfərə gəlib
15-02-2012 / 11:16
FaktXeber.com xəbər verir ki, Akademiyanın Beynəlxalq Keçid Heyətinin və Beynəlxalq Məşvərət Şurasının rəhbəri Martin Kreutnerin rəhbərlik etdiyi missiya ölkəmizdə korrupsiya qarşı mübarizə sahəsində aparılan işlərlə, eləcə də dövlət strukturlarının fəaliyyətində şəffaflığın artırılması sahəsində tanış olmaq və "Azərbaycanda korrupsiyaya qarşı mübarizə: nailiyyətlər və perspektivlər" mövzusunda konfransda iştirak etmək məqsədi ilə gəlib.
Artıq nümayəndə heyəti vergilər naziri Fazil Məmmədov, baş prokuroru Zakir Qaralov və ədliyyə naziri Fikrət Mənnədovla görüşüblər. Görüşlərdə Azərbaycan hökuməti tərəfindən korrupsiyaya qarşı həyata keçirilən tədbirlər, onların səmərəliliyi, bu prosesdə vətəndaş cəmiyyətinin iştirakı məsələləri müzakirə edilib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.