DEVAMM RUHANİ FƏRAMİZ ABBASOVUN OĞLUNUN HƏBSİNƏ ETİRAZ EDİR
Ruhani Fəramiz Abbasovun oğlu Emin Abbasov həbs edilib. E.Abbasov atasının cinayət işi üzrə dindirilən şahid Əlihüseyn Kərimova təzyiq göstərməkdə, onu döyüb, xəsarət yetirməkdə ittiham olunur
15-02-2012 / 09:43
FaktXeber.com deyerler.org saytına istinadən xəbər verir ki, Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi (DEVAMM) bununla bağlı bəyanat verib. Mərkəzin sədri Hacı İlqar İbrahimoğlunun adından yayılan bəyanatda bildirilir ki, Emin Abbasovun həbsi - Fəramiz Abbasova qarşı təzyiqlərin davamı kimi qiymətləndirilir: "Bir ailədən həm atanı, həm də oğulu həbs etmək - heç bir çərçivəyə sığan məsələ deyildir. Hətta hipotetik olaraq ehtimal etsək ki, oğul atasının üzünə duran şəxsə qarşı hansısa emosional etirazlar sərgiləyib - bu, yenə də onu həbsə almaq üçün kafi şərt deyil. Böyük ictimai təhlükə törətməyən əmələ görə insanı həbsə atmaq, özü də atası əsssız yerə 11 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məruz qaldığı bir halda - belə durum nə ədalətin, nə qanunçuluğun, nə də humanizmin ibtidai anlamına belə uyğun gəlmir. DEVAMM olaraq Emin Abbasovun da, həbsdə olan bütün ilahiyyatçı və dindarların da azadlığa buraxılması üçün çağırış edirik".
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.