Eyyub Hüseynov: "Müsəlman ölkəsində arağın bu qədər reklam olunması, eyni halda bütün dini və mənəvi dəyərlərin tapdalanması mütləqdir ki, spirtli içkilərə insanlarda meyllilik yaradan amillərdən biridir"
14-02-2012 / 19:12
Azərbaycan Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin təşkilati açıqlama verib ki, hazırda ölkədə 19 765 nəfər alkoqolik var. Alkoqol içkilərdən daha çox istifadə edən şəxslər kişilərdir. Hətta verilən məlumatda bildirilir ki, alkoqolizm xəstəliyi ölkədə il-ildən cavanlaşır. Ölkədə alkoqollu içkilərə meylliliyin səbəbləri nədir?
Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov, maraqlı fikirlər səsləndirdi.
Eyyub bəy qeyd etdi ki, Azərbaycan özünü islam ölkələri mədəniyyət mərkəzi elan etdiyi halda, Ramazan ayında “Azadlıq” prospekti ilə “Bakıxanov” küçəsinin kəsişməsində arağın reklamına şərait yaradır: “Hazırda da Nərimanov heykəlinin arxasında arağın da reklamı gedir. Müsəlman ölkəsində arağın bu qədər reklam olunması, eyni halda bütün dini və mənəvi dəyərlərin tapdalanması mütləqdir ki, spirtli içkilərə insanlarda meyllilik yaradan amillərdən biridir. Hazırda ölkədə həm canlı, həm də cansız formada araq reklam olunur. Çox təəssüf ki, özünü islam ölkəsi elan edən Azərbaycan hökumətinin bu məsələ ilə bağlı heç bir effektiv siyasəti yoxdur. Ona görə də bu davam edir.”
Əhalinin sosial cəhətdən vəziyyəti aşağı olan şəxslərin problemlərdən uzaq qalmaq üçün alkoqolizmə qurşandığını qeyd edən Eyyub Hüseynov, bununla bağlı hökumətin effektli istehlak siyasətinin formalaşmasının zəruri olduğunu bildirdi: “Ölkədə siqaretin reklamı qadağan olunmasına baxmayaraq, bu günə qədər Heydər Əliyev hava limanında siqaret reklamları gedir.”
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.