AZƏRBAYCAN BEYNƏLXALQ BANKININ NİZAMNAMƏ KAPİTALI ARTIRILIR
Nizamnamə kapitalının səhmlərin emissiyası yolu ilə 100 milyon manat artırılması nəzərdə tutulub
14-02-2012 / 18:56
Azərbaycan Beynəlxalq Bankının Mətbuat xidmətindən FaktXeber.com-a daxil olan məlumata görə, səhmdarların ümumi yığıncağında qurumun nizamnamə kapitalının səhmlərin emissiyası yolu ilə 100 milyon manat artırılaraq 340 milyon manata çatdırılması barədə qərar qəbul olunub.
Səhmlərin yerləşdirilməsinə qanunda nəzərdə tutulmuş tədbirlər görüldükdən, yəni səhm buraxılışı Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyata alındıqdan və emissiya prospektində olan məlumatlar Bakı Fond Birjasının rəsmi internet səhifəsində dərc olunduqdan sonra başlanılacaq.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.