DÖVLƏT NEFT FONDU SƏHMLƏRƏ İNVESTİSİYA QOYMAĞI PLANLAŞDIRIR
İlkin mərhələdə səhmlərə investisiyanın xarici menecerlər vasitəsi ilə həyata keçirilməsi nəzərdə tutulur
14-02-2012 / 18:14
Azərbaycan Respublikası Dövlət Neft Fondunun İctimaiyyətlə Əlaqələr Departamentindən FaktXeber.com-a daxil olan məlumata görə, Fond investisiya portfelinin diversifikasiyası və gəlirliliyinin artırılması məqsədi ilə səhmlərə investisiya qoymağı planlaşdırır.
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Neft Fondunun İnvestisiya Siyasətinə əsasən 2012-ci il ərzində Fondun investisiya portfelinin məcmu dəyərinin 5%-ə qədəri səhmlərə investisiya edilə bilər.
İlkin mərhələdə səhmlərə investisiyanın xarici menecerlər vasitəsi ilə həyata keçirilməsi nəzərdə tutulur. Xarici menecerlərin seçilməsi xidmət təklifləri sorğusu üsulu ilə həyata keçiriləcək və bu barədə məlumat Fondun internet səhifəsində (www.oilfund.az) yerləşdiriləcək.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.