Normal şərtlərlə yaşamaq üçün gərək gününün ən azı 10-12 saatını maddiyata sərf edəsən
14-02-2012 / 17:04
Yaşadığımız dünyada hər zaman şərəflə, izzətlə, necə deyərlər kişi kimi pul qazanıb öz ehtiyaclarını təmin etmək asan olmamışdır. Əfsuslar olsun, hazırkı yaşadığımız dövrdə, doğma məmləkətimiz Azərbaycanda bu ümumiyyətlə çətinləşmişdir. Əvvəllər deyirdim ki, yox səhv məndədir. Nəyisə düz etmirəm, yanaşmam səhvdir. Bir sözlə səhvi özümdə axtarırdım. Amma sonralar dəyərli peşə sahibləri və şəxsiyyətlərlə ünsiyyət zamanı anladım ki, yox, elə düz fikirləşirmişəm. Ləyaqətli, özünü təsdiqləmiş vətəndaşlarımız da bu fikirdədirlər. Sonralar dedik, “ola bilər bu dəyərli insanların da yəqin aqressiv vaxtına düşüb”, “belə deyil”, “vəziyyət yaxşıdır” deyib özümə təsəlli verdim. Amma bu özümü aldatmaqdan başqa bir şey deyilmiş. Zaman keçdikcə artıq bu fikrə nöqtə qoydum. Artıq bu haqda əmin danışmağa başladım. Dedim ki, bəli, həqiqətən də vətəndaşlarımızın qüruru qırılır, heysiyyətləri və şərəfləri ilə oynanılır. Bu necə baş verir? İndi izah edərəm.
Cavanlarımız universiteti bitirib xoşməramlı arzularla üz tuturlar şirkətlərə. Karyera qurmağa, irəliləməyə. Amma gözləmədikləri hallarla qarşılaşırlar. CV göndərirlər, müsahibələrə gedirlər və şoka düşürlər. Universitetdə öyrəndikləri nəzəri biliklərin reallığından əlavə nəzakət və etika qaydalarından kənar halların şahidi olurlar. Saatlarla şirkət qapılarında gözləmələr, mühafizəçilərin kobud sözləri, qeyri-müəyyən müsahibə meyarları və s. Bu anda əsəbiləşirlər, deyirlər yəqin bu şirkət belədir. Başqası yaxşı olar. Bu zaman başqa yerə müraciət edirlər. Əfsus ki, orada da o qeyri-peşəkar yanaşmalarla qarşılaşırlar. Düşünürlər ki, yox belə aşağı səviyyəli şirkətlərin sayı heç də az deyilmiş.
Həqiqətən də insanın ürəyi ağrıyır bu cavanlarımıza. Mən çox narahat oluram bu vətəndaşlarımız üçün. 300 manata görə 12-14 saat işlədirlər. Bəziləri ayda 1 dəfə istirahət verir. Anlamaq olmur belə sahibkarları ki, bunlar nə istəyir?! Niyə vəd verdiyi kimi iş qrafiki və maaş tətbiq etmir?! Əslində bunun bir cavabı var. O bədbəxt özü də dəqiq bilmir ki, nə istəyir və nə edir.
Rayondakılar da deyir ki, filankəs Bakıda yaşayır. Pulu var, imkanı var. Amma bilmir ki, ona bu şəhərdə yaşamaq necə baha başa gəlir. Normal şərtlərlə yaşamaq üçün gərək gününün ən azı 10-12 saatını maddiyata sərf edəsən. İstisnalar qaydanı pozmaz.
Əslində bunlar zaman-zaman qaydasına düşə biləcək hallardır. Vətəndaşlarımızın maariflənməsi nəticəsində axmaqlar yavaş-yavaş bazardan yox olacaqdır. Belə qaniçən sahibkarlar indiki dövrdən istifadə edirlər. Hazırkı yaşadığımız vəhşi kapitalizmdən. Əslində onlar da pulları olmaqlarına baxmayaraq, özü-özlüyündə bədbəxtdirlər, amma bu da ayrı bir mövzudur.
Sonda vətəndaşlarımıza maariflənməyi, şirkətlər qarşısında söz haqqına sahib olmağı və tələlərə düşməməyi, ayıq olmağı arzu edirəm.
Vüsal Nadiroğlu
Sosial psixologiya üzrə tədqiqatçı
Salam alekum.Men bu meqaleni cox beyendim.Ve onu deye bilerem ki,gunu gunden cox derinlesir bu movzu axrini bilmirem nece olacaq.Insaf dinin yarsidir.Sozsuzki Allah gec tez kiminse haqqina girenlere oz qudertini gosderecek.Kiminse cox pulu varsa,mezlumun Allahi var.Allahda her weyden uca ve yenilmez menbedir.Allah razi olsun meqalede eziyyet cekenlerden
#FFFFFF">
Nermin
15-02-2012, 17:04
#FFFFFF">
Men mektebde oxuyanda inshalari daha menali ve mentiqli yazirdim.
#FFFFFF">
Vüsal Nadiroğlu
15-02-2012, 17:04
#FFFFFF">
Salamun aleykum Nərmin xanım.
1. Şərhinizi daha aydın - açıq yazın. Konkret nəyə iradınız var?
2. Buyurun siz də ciddi,mühüm bir məqalə yazın, görək necə yaza bilirsiniz.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.