FaktXeber.com xəbər verir ki, Azərbaycan Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin təşkilati metodoki işlər üzrə direktor müavini Aytən Səmədova bildirib ki, Azərbaycanda hazırda 19 765 nəfər alkoqolik var. Alkoqoliklər daha çox kişilərdir.
Ümumilikdə götürdükdə narkomanlar kimi, alkoqoliklər arasında da 40-59 yaşlı şəxslər üstünlük təşkil edir. Ölkədəki alkoqoliklərin 16 033 nəfəri bu yaşda olanlardır.
Direktor müavininin sözlərinə görə, amma ötən il yeni qeydiyyata alınan alkoqoliklərin arasında 30-39 yaşlıların sayı daha çox olub. Ötən il ərzində 655 nəfər alkoqolik qeydiyyata alınıb ki, onların da 315 nəfəri 30-39 yaşlılar olub. Bu isə onu deməyə əsas verir ki, Azərbaycanda alkoqolizm xəstəliyi cavanlaşır. Ümumilikdə Azərbaycandakı alkoqoliklərin 2908-i 30-39 yaş arasında olan şəxslərdir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.