MƏRKƏZİ BANKIN İDARƏ HEYƏTİNİN YENİ ÜZVLƏRİ TƏSDİQLƏNDİ
Parlamentin bugünkü iclasında "Azərbaycan Respublikası Mərkəzi Bankının idarə heyətinin üzvlərinin təyin edilməsi haqqında" məsələyə baxılıb
14-02-2012 / 14:10
FaktXeber.com-un verdiyi məlumata görə, Milli Məclisin bugünkü iclasında “Azərbaycan Respublikası Mərkəzi Bankının idarə heyətinin üzvlərinin təyin edilməsi haqqında” məsələyə baxılıb.
Parlamentin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, sözügedən sənədi Milli Məclisə Azərbaycan Prezidenti İlham Əliyev qanunvericilik təşəbbüsü qaydasında göndərib. Mərkəzi Bankın (MB) idarə heyətinə namizədliyi irəli sürülmüş üç şəxsin - Quliyev Alim Səlim oğlu, Babayev Aftandil Qasım oğlu və Xubanov Vadim Ələddin oğlunun ölkənin bank sistemində böyük xidmətləri olub.
MB idarə heyətinə üzvlüyə namizədliyi irəli sürülmüş şəxslər barəsində ətraflı məlumat verilib və səsvermə nəticəsində hər üç şəxs MB idarə heyətinin üzvü kimi təsdiq ediliblər.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.