"İslami facebook" Salamworld İslam dünyasının tanınmış simalarını İstanbula toplayıb
14-02-2012 / 13:22
İslam ölkələri üçün yaradılması planlaşdırılan sosial şəbəkə - "Salamworld"un Birinci Qlobal Zirvəsi türkiyənin Çırağan Sarayında keçirilib.
FaktXeber.com-un verdiyi məlumata görə, dünyada İslam mədəniyyəti və mirasını tanıtmaq məqsədiylə hazırlanmış ünsiyyət platforması olaraq xidmət edəcək və cari ilin iyul ayında fəaliyyətə başlaması planlaşdırılan "Salamworld"un zirvəsi Quran tilavətiylə açılıb.
30 ölkədən iştirakçının qatıldığı zirvədə, İslam dünyasında müsəlmanların faydası üçün inkişaf etdirilmiş texnologiyaların tətbiq olunması mövzusunda fikir mübadilələri aparılıb.
''Salamworld" internet məscidi deyil
Mərkəzi İstanbulda yerləşdirilməsi planlaşdırılan planlanan sosial şəbəkən nin İdarə Heyətinin başçısı Əbdülvahid Niyazov, salamworld.com-un beynəlxalq layihə olduğunu vurğulayaraq, saytın məqsədinin bütün dünyada müsəlmanlar arasında ünsiyyəti yaratmaq olduğunu söyləyib.
Əbdülvahid Niyazov ötən il başladılan layihənin Ramazan ayında fəaliyyətə başlamasını planlaşdırdıqlarını bildirib.
Niyazov, zirvənin məqsədlərindən birinin İslam dünyasının tanınmış simalarının Salamworld haqqındakı suallarını cavablandırmaq olduğunu vurğulayaraq, "Salamworld internet məscidi deyil, amma internet məkanıdır. Hər kəsə açıqdır. İslam ümməti ilə dünyanın yerdə qalanı arasında körpüdür'', - deyib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.