BAKI-BÖYÜK KƏSİK DƏMİR YOLUNUN DAHA 10 KİLOMETRİ TƏMİR OLUNUR
Təmir işləri başa çatandan sonra bu yollarda qatarların hərəkət sürətini artırmaq mümkün olacaq
14-02-2012 / 12:42
FaktXeber.com-un “Azərbaycan Dəmir Yolları” QSC-in mətbuat katibliyinə istinadən verdiyi məlumata görə, bu gün Bakı-Böyük Kəsik dəmir yolunun Səngəçal-Qobustan mənzilində 484-475-ci kilometrində 10 kilometr yolun əsaslı təmirinə başlanılıb. Bu gün üçün 1,5 kilometr yolun təmiri nəzərdə tutulur. Fevral ayının sonuna kimi isə 10 kilometrlik təmiri tamamlanacaq.
Qeyd edək ki, Bakı-Böyük Kəsik istiqamətində 317 kilometr yolun əsaslı təmiri “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası istiqamətində Azərbaycan Respublikası hökuməti və Dünya Bankı tərəfindən maliyyələşdirilən “Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi Layihəsi” çərçivəsində Çexiyanın “İxrac” Bankının ayırdığı 215 milyon avro məbləğində kredit hesabına həyata keçirilir.
Bu günədək 51 kilometr yol əsaslı təmir olunub. Təmir işləri başa çatandan sonra bu yollarda qatarların hərəkət sürətini artırmaq mümkün olacaq.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.