Tıxacın aradan qaldırılması üçün əraziyə yol polis əməkdaşları vaxtında gəlməyiblər. Hətta bəzi yerlərdə sürücülər özləri tıxacın aradan qaldırılmasına çalışırdılar
14-02-2012 / 12:20
Bakı yağışdan çıxıb yağmura düşüb. Belə ki, bir neçə gündür ki, şaxtalı hava və yolların təmizlənməməsindən əziyyət çəkən sakinlər, dünən də paytaxtı cənginə alan tıxacla çarpışmalı olublar. 3-cü mikrarayon dairəsi, İnqilab küçəsi, Azadlıq və Tbilisi prospektini cənginə alan tıxac, 2-3 saat müddətinə qədər davam edib. FaktXeber.com-un əməkdaşlarının verdiyi məlumata görə, tıxacın aradan qaldırılması üçün əraziyə yol polis əməkdaşları vaxtında gəlməyiblər. Hətta bəzi yerlərdə sürücülər özləri tıxacın aradan qaldırılmasına çalışırdılar.
Qeyd edək ki, tıxacların yaranmasında YPX-nın əməkdaşlarının səhlənkərlığı olduğu kimi, eyni halda məsuliyyətsiz və sürücülük mədəniyyətindən kənar sürücülərin də günahı var.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.