Fevralın 16-da Gürcüstanın paytaxtı Tbilisi şəhərində İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Türkiyənin "TOBB" təşkilatının və Gürcüstanın "İnvest in Georgia" Milli İnvestisiya Agentliyinin təşkilatçılığı ilə Gürcüstan-Azərbaycan-Türkiyə biznes forumu keçiriləcək. Bu barədə FaktXeber.com-a İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib.
Tədbirdə Azərbaycan, Türkiyə və Gürcüstan tərəfindən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, tikinti, turizm, tekstil, energetika, daşınmaz əmlak, əczaçılıq və s. sahələrdə fəaliyyət göstərən 200-ə yaxın iş adamının iştirakı nəzərdə tutulur.
Biznes forumda iş adamları arasında bir sıra ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.