Bu gün "Yeni Müsavat" qəzetində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Narkoloji Mərkəzinin direktor müavini olmuş Könül Mahmud qızı Vəliyevanın yenidən vəzifəyə təyin olunmasına dair məlumatlar dərc olunmuşdur. Məsələ ilə bağlı FaktXeber.com-a açıqlama verən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirdi ki, mətbu orqanlar yanlış məlumat dərc ediblər: "Bu yazılar əsassızdır. Belə ki, 03.10.2011-ci il tarixindən etibarən məhkəmənin qərarına əsasən K.M.Vəliyeva tutduğu vəzifəsindən kənarlaşdırılıb, onun vəzifələrinin icrası digər tibb işçisinə həvalə olunub. Bakı Apelyasiya Məhkəməsinin K. Vəliyevaya dair çıxardığı qərara uyğun olaraq Səhiyyə Nazirliyi tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada tədbirlər görüləcək."
Xatırladaq ki, K.Vəliyevanın əməlləri tam sübuta yetirilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətindən sui-istifadə etmə) və 311-ci (rüşvət alma) maddələrinə əsasən ittiham olunaraq, 6 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Sonradan Apelyasiya Məhkəməsində onun şikayətinə baxılıb və barəsindəki məhkəmə hökmü dəyişdirilib. Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, Könül Vəliyeva 3 il şərti olaraq azadlıqdan məhrum edilib və məhkəmə zalından azadlığa buraxılıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.