ƏLİ HƏSƏNOV: "İRANIN SON BƏYANATLARININ HEÇ BİR ƏSASI YOXDUR"
İranın son bəyanatı ilə bağlı Azərbaycan XİN-i açıqlama yayıb. Bu məlumatın heç bir əsası yoxdur
13-02-2012 / 17:41
FaktXeber.com xəbər verir ki, bunu jurnalistlərə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bəyan edib.
O bildirib ki, Azərbaycan xarici təşkilatlarla, xarici ölkələrin bu və ya digər orqanları ilə münasibtlərdə mütləq şəkildə qonşu ölkələrin maraqlarını nəzərə alır. Azərbaycan heç bir terrror təşkilatı ilə və ya hansısa şəkildə insanlığa qarşı çıxış edən təşkilatlarla əlaqələrə malik deyil.
Əli Həsənov deyib: "İran tərəfinin bəyanatının real əsası yoxdur. Heç bəlli də deyil Azərbaycanı nədə günahlandırırlar. Azərbaycanın xarici ölkələrlə sərhədləri kifayət qədər normal rejimdə işləyir. Açıq demokratik ölkə kimi. Bizə istənilən ölkənin vətəndaşları gəlir. Viza rejimindən müvafiq olaraq keçir və yaxud burda yaşayıb gedir. Bunların hamısı da qanunla müəyyən olunur. Düşünürük ki, İran dövləti hazırki vəziyyətdə qonşularla münasibətlərində bir az ehtiyatlı olmalıdır. Belə məsələlərdə də qonşularla kifayət qədər diplomatik qanunlara müvafiq, qonşuluq münasibətlərinə müvafiq hərəkət etməlidirlər".
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.