"AZƏRBAYCAN HAKİMİYYƏTİ AVROVİZİYAYA MİLYONLARLA XƏRC ÇƏKMƏKDƏNSƏ..."
Akif Nağı: "Bu gün Qərb dövlətləri və ABŞ bilmir ki, borc limitini necə tənzimləsinlər. Hər kəs öz problemləri ilə məşğuldur"
13-02-2012 / 17:29
Məlum olduğu kimi növbəti beynəlxalq Eurovision-2012 mahnı müsabiqəsi bu il ölkəmizdə keçiriləcək. Artıq bununla bağlı ölkədə kifayət qədər işlər görülərək müsabiqənin keçirilməsi üçün milyonlarla vəsait ayrılıb. Eyni halda bu il həll olunmamış Qarabağ probleminin 24-cü il dönümünü yola salacağıq. Nəzərə alsaq ki, keçiriləcək mahnı müsabiqəsi siyasi bir proses kimi də qiymətləndirilir, belə olan halda, bu müsabiqənin Qarabağ münaqişəsinin həllinə nə kimi müsbət təsir göstərə bilər? Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı, maraqlı fikirlər səsləndirib.
Keçiriləcək müsabiqənin Qarabağ münaqişəsinə hər hansı bir müsbət təsir edəcəyini düşünmədiyini qeyd edən Akif bəy, “ümumiyyətlə bu cür müsabiqələrin keçirilməsi Azərbaycanın tanınmasına, ölkə ilə bağlı əhəmiyyətli məlumatların çatdırılmasında müəyyən təsirlərə malik ola bilər”, - deyə bildirdi: “Tədbir zamanı xarici qonaqlarla görüşüb onlara müəyyən bukletlər və broşürlər paylamaq olar. Lakin hesab edirəm ki, bu tədbirlə bağlı münaqişənin həllində hər hansı bir ciddi nəticəyə ümid etmək mənasızdır. Çünki Avroviziyada iştirak edənlərin əksəriyyət şou aləminin adamları olacaq. Onlar üçün öz ölkələrinin problemi maraqlı deyil, o ki, qaldı Azərbaycanın problemləri olsun.”
Dünyanın özünün kifayət qədər problemlərinin olduğunu qeyd edən təşkilat sədri, bütün Avropa və Amerika ölkələrinin böhran içərisində olduğunu bildirdi: “Bu gün Qərb dövlətləri və ABŞ bilmir ki, borc limitini necə tənzimləsinlər. Hər kəs öz problemləri ilə məşğuldur. Biz də öz problemlərimizi həll etməliyik.”
Sonra Akif bəy bildirdi ki, Azərbaycan hakimiyyəti Avroviziyaya milyonlarla xərc çəkməkdənsə, diqqəti daha çox Qarabağ məsələsinə yönəltməlidir və həmin milyonlara bir neçə dənə tank, təyyarə almaq olardı.
“Avroviziya mahnı müsabiqəsinin ölkəmizdə keçirilməsinin gənclərinin vətənpərvərlik ruhiyyəsinə nə kimi təsir göstərəcək”, - sualına da aydınlıq gətirən Akif Nağı, “inanmıram ki, hər hansı bir müsbət təsir göstərsin. Bu tədbir Azərbaycanda yad dəyərlərin təbliğ olunmasına səbəb olacaq”, - deyə əlavə etdi: “Xalqımızın özünün kökü var. Hazırda ölkədə dəbdədir ki, hər kəs öz kökündən və dəyərlərindən uzaq düşsün. İnsanları Avropanın yüngül, ötəri, modernizm və posmodernizm dəyərlərinə tərəf yönəltmək istəyirlər. Bunlar hamısı ötəri bir xəstəliklərdir.”
Akif bəy hər bir dövlətin və xalqın öz vətənpərvərlərinə ehtiyacı olduğunu qeyd edərək, dövlətin işinin irəli getməsində və tarixinin yazılmasında vətənpərvərlərin fəaliyyəti və rolunun danılmaz olduğunu bildirdi. Lakin bəzi qurumların xaricdən maliyyələşərək Azərbaycana yad olan mədəniyyətləri ölkəmizdə təbliğ etdiklərini söylədi.
a kişi,qarabağ deyib durursan.Hələ bir azadlıq təşkilatı da təşkil edib oturubsan qabinetdə.Sən heç olmasa təşkilatın adına münasib iş gör.yığ dağı meçəni bilən qarabağlılardan bir dəstə,təlimkeçin,gedin partizan meharibəsi aparın .onda olarsınız QAT.yoxsa boş-boş bəyanatlar verməklə,KOROÇE,bu cür heç nə əldə edə bilməzsiniz.qocalıb əldən düşüb,ölüb gedəcəksiniz.sonra da sizin uşaqlarınız heç QARABAĞLA maraqlanmayacaqlar da.unudulub gedəcək.bu hakimiyyətə də bu lazımdı ki,enində-sonunda qarabağ diyən qalmasın.elə bilməyin ki HÖKUMƏTİN qarabağı almağa gücü çatmaz.lap yaxşı çatar hələ bir o tərəfə də keçər.Lazım bilmirlər ona görə.nı vaxt lazım bilsələr onda heç kəsə demiyib alacaqlar bir göz qırpımında.Vəssalam-Şüttəmam.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.