Türkiyənin MADO şirkəti Səudiyyə şahzadəsi Abdullah bin Saud Əl-Səudun "Zad National" şirkəti ilə əməkdaşlıq sazişi imzalayıb
13-02-2012 / 16:52
FaktXeber.com-un Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Türkiyənin məşhur dondurma markası MADO, Səudiyyə Ərəbistanı şahzadələrindən olan Abdullah bin Saud Əl-Səudun şirkəti "Zad National"la əməkdaşlıq müqaviləsi imzalayıb. Müqavilə çərçivəsində ilk 3 il ərzində Səudiyyə Ərəbistanında 20 MADO kafesi istifadəyə veriləcək.
MADO İdarə Heyəti rəhbəri Mehmet Sait Kanbur bildirib ki, bu kafelərdən əlavə Məkkə və Mədinə şəhərlərində də şirkət nümayəndəliyini açacaq.
Səudiyyə Şahzadəsi Əl-Səud isə müqavilənin başlanğıc olduğunu, işlərinin daha geniş şəkildə davam etdiriləcəyini bildirib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.