QƏTƏR AVROPADA VƏHHABİLİYİN YAYILMASINA SPONSORLUQ EDİR
Səudiyyə Ərəbistanı kimi Qətər də ultramühafizəkar vəhhabi məzhəbini dəstəkləyir və Əmirliyin əsl məqsədi Fransa və Avropanın bir çox ölkələrində öz ideyalarını yaymaqdır
13-02-2012 / 16:31
Faktxeber.com-un MIGnews -a istinadən verdiyi məlumata görə, Qətər dünyada inteqrasiyaya mane olan və cihada təşviq edən vəhhabilik ideologiyasını yaymaqda gücünü əsirgəmir.
Fars körfəzində olan bu əmirlik Fransanın bir çox şəhərətrafı rayonlarında minlərlə narazı müsəlman immiqrantlarının evi üçün 50 milyon avro investiya qoymağa hazırlaşır.
Bu barədə Madrid Qrupunda Transatlantik Əlaqələr Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Soeren Kern daha ətraflı yazıb.
Qətər deyir ki, investisiya yoxsul müsəlman məhlələrində kiçik biznes üçün yönəldilib. Ancaq əslində Səudiyyə Ərəbistanı kimi Qətər də ultramühafizəkar vəhhabi məzhəbini dəstəkləyir və Əmirliyin əsl məqsədi Fransa və Avropanın bir çox ölkələrində öz ideyalarını yaymaqdır.
Qətər əmiri Şeyx Həmid bin Xəlif əl –Tani bir müddət öncə dünyada vəhhabilik haqqında fundamentalist təlimləri yaymaq üçün bütün gücünü sərf edəcəyini bildirmişdi.
Analitkilərin sözlərinə görə, Qərbə inteqrasiyaya mane olan və qeyri-müsəlmanlara qarşı cihadı dəstəkləyən ekstremist vəhhabilik ideologiyası Fransada olan müsəlman immiqrantların gələcəkdə radikallaşmasına gətirib çıxardacaq.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.