Azərbaycanın Xarici İşlər Nazirliyi İranın notasını iftira adlandırıb
13-02-2012 / 14:00
FaktXeber.com xəbər verir ki, Azərbaycan İran XİN-in notasını bir müddət əvvəl rəsmi Bakının İran tərəfinə göndərdiyi notaya cavab kimi qiymətləndirib. Bu barədə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev bildirib.
Elman Abdullayev qeyd edib ki, notada Azərbaycanın İranın nüvə alimlərinin qətlində əli olan terrorçuların ölkəyə gəliş-gedişinə şərait yaratdığı barədə iddia həqiqətə uyğun deyil və iftiradır: “Azərbaycan özü erməni terrorundan əziyyət çəkən ölkədir. Azərbaycan xaricdən müdaxiləyə və hər hansı terrorçu fəaliyyətə imkan verməz. Mövcud durum İranla münasibətlərdə neqativ bir məqamdır. Biz İranla mehriban qonşuluq əlaqələrinə tərəfdarıyıq.
Qeyd edək ki, Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundov fevralın 12-də bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Görüşdə səfirə İran tərəfinin etiraz notası təqdim olunub. Notada Azərbaycanın İsrailin kəşfiyyat xidməti olan MOSSAD təşkilatına ölkə ərazisində İranın əleyhinə fəaliyyət göstərməsinə, İranın nüvə alimlərini qətlində əli olan terrorçuların bu ölkəyə azad şəkildə gediş-gəlişlərinə şərait yaratdığı və digər məsələlər qeyd olunaraq rəsmi Bakıdan bu cür addımlara son qoyulması tələb olunub.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.