"Standart and Poor"s aralarında əhəmiyyətli bankların da olduğu 34 İtaliya maliyyə qurumunun notunu aşağı salıb
13-02-2012 / 12:10
FaktXeber.com-un verdiyi məlumata görə, kredit dərəcələrini müəyyənləşdirən beynəlxalq "Standart and Poor"s (S&P) təşkilatı, aralarında UniCredit, İntesa Sanpaolo, Banca Nazionale del Lavoro və Mediobanca kimi əhəmiyyətli bankların da olduğu İtaliyanın 34 maliyyə qurumunun dərəcəsini aşağı salıb.
Təşkilatdan verilən açıqlamada, qərarın yanvar ayında İtaliyanın uzunmüddətli kredit qeydiyyatının iki pillə salınmasının nəticəsi olduğu bildirilir. Təşkilat ayrıca olaraq, endirim qərarına səbəb kimi taliyanın maliyyə kövrəkliyini və bankların aşağı qazanc ehtimalı göstərib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.