Bakı Dəmiryol vağzalında gediş haqqı pos-terminallarla ödənəcək
13-02-2012 / 10:20
FaktXeber.com-un verdiyi məlumata görə, “Azərbaycan Dəmir Yolları” QSC Bakı Sərnişin Vağzalında gediş haqlarının plastik kartlarla ödənilməsi üçün pos-terminalların quraşdırılmasını davam etdirir. QSC-in mətbuat katibliyinin rəhbəri Nadir Əzməmmədovun verdiyi məlumata görə, pos-terminalların quraşdırılmasına fevralın əvvəlindən başlanılıb. Ayın sonunadək pos-terminalların istifadəyə verilməsi nəzərdə tutulur və bundan sonra sərnişinlər onlardan yararlana biləcəklər. Pos-terminallardan istifadənin üstünlüyü insan amilinin minimuma endirilməsidir. Bununla da sərnişinlərin rahatlığının təmin olunmasında daha bir addım atılacaq.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.