AVROPADAKI BORC BÖHRANI HƏLƏ 2-3 İL DƏ DAVAM EDƏCƏK
"2012-ci ildən sonra İtaliya lirəsinin taleyini də bu vəziyyət müəyyənləşdirəcək"
11-02-2012 / 14:45
FaktXeber.com-un verdiyi məlumata görə, Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrin, Avropa ölkələrindəki borc böhranının qarşıdakı 2-3 il ərzində də davam edəcəyini söyləyib. Twitter vasitəsiylə ünvanlanan sualları cavablandıran Kudrin, qızılın qiymətinin gözləndiyindən artıq qalxdığını, ancaq bir müddətdən sonr yenidən ucuzlaşacağını bildirib.
2012-ci ildən sonra İtaliyanın milli valyutaya dönüb-dönməyəcəyi ilə əlaqədar sualını da cavablandıran Kudrin, "Avropadakı iqtisadi böhran qarşıdakı 2-3 il ərzində də davam edəcək. 2012-ci ildən sonra İtaliya lirəsinin taleyini də bu vəziyyət müəyyənləşdirəcək" deyib.
90 faiz ehtimalla Avropada bir və ya üç ölkənin Avro Bölgəsindən ayrılacağını söyləyən eks-nazir, "Yunanıstan, Portuqaliya və İrlandiya ən böyük borc problemi olan ölkələrdir. İtaliya və İspaniya da yüksək risk altındadır" açıqlamasını verib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.