PUTİN NAZİRİNƏ MİLYON YAŞI OLAN SUYU İÇMƏYİ TƏKLİF ETDİ
"Onu içmək maraqlı olardı. Dinozavr və Rusiya Federasiyasının hökumət üzvü Trutnevin içdiyi su"
11-02-2012 / 13:09
Rusiyalı aalimlərin Antarktikada 3 min 700 metr dərinlikdə kəşf etdikləri Vostok gölündən götürdükləri 40 litrlik su nümunəsini Rusiyaya gətirib. FaktXeber.com-un ORT-yə istinadən verdiyi məlumata görə, Rusiyanın baş naziri Vladimir Putinlə görüşən Rusiya təbii ehtiyatlar naziri Yuri Trutnev, gətirilən nümunədən bir miqdarını xüsusi sterilizə olunmuş qabın içində baş nazirə hədiyyə edib.
20 milyon il əvvələ aid olduğu bildirilən Vostok gölü ilə əlaqədar rusiyalı alimlərin kəşfi böyük diqqət yaradıb. Əldə olunan örnəklə dünyanın tarixi, iqlim dəyişiklikləri və fərqli həyat formaları ilə birlikdə, digər planetlərdə həyatla əlaqədar əhəmiyyətli məlumatların əldə edilməsi gözlənilir.
Trutnev, Putinlə görüşə əlində metal çanta ilə gəlib. Şüşənin içində görünən nümunə suyu əlinə götürən Putin, neçə il əvvələ aid olduğunu soruşub. Trutnev isə cavabında "30 milyon ilə qədər fərqli nəzəriyyələr var" deyib.
Putin nazirdən "sudan içib-içmədiyini" soruşmasından sonra isə Trutnev "xeyr" cavabını verib. "Onu içmək maraqlı olardı. Dinozavr və Rusiya Federasiyasının hökumət üzvü Trutnevin içdiyi su" təklifini verən Putinə, nazir, "mən dinozavrlarla bir yerdə olmaq istəmirəm" deyib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.