Türkiyənin Bursa vilayətində qartopu ilə başlayan oyun, iki qrup arasında bıçaqlı dava ilə bitib
11-02-2012 / 12:43
FaktXeber.com-un "Cihan" agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyənin Bursa vilayəti İncəgöl mahalının "Yeni şəhər" prospektində qartopu oynayan Yiğit E, Rəcəb Y. və Tayfur Ç-nin bir-birlərinə atdıqları qartopu, prospektdə yerləşən internet kafenin şüşəsinə dəyib.
Kafedə oturan Osman K, Burhanettin Y. ilə Əhməd Y. çölə çıxaraq qartopu oynayan şəxslərlə mübahisə başlayıblar. Mübahisə qısa müddətdə döyüşə çevrilib. Nəticədə Osman K, Burhanettin Y. və Əhməd Y. ağac parçaları və bıçaq zərbələriylə yaralanıblar.
Yaralılar xəstəxanaya, yaralayanlar isə polis idarəsinə aparılıblar.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.