Tanınmış bəstəkar Elza İbrahimova dünyasını dəyişib
11-02-2012 / 11:46
FaktXeber.com-un verdiyi məlumata görə, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, bəstəkar Elza İbrahimova 74 yaşında dünyasını dəyişib. Mərhum xeyli müddətdir ki, xəstəlikdən əziyyət çəkirdi.
E.İbrahimova 1938-ci il, yanvarın 10-da dünyaya gəlmişdi.
Mərhum bəstəkar "Yanan laylalar" Operası /librettosu, “Dünya sevənlərindi" kinofilminə musiqi, R.Heydər, B.Vahabzadə, O.Qoçulu, V.Əziz, V.Səmədoğlu, R.Əfəndiyeva və b. şairlərin sözlərinə mahnı və romanslar yazmışdı.
Onun harada dəfn olunacağı, vida mərasiminin keçiriləcəyi yer müəyyənləşdirilir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.