"Apple"nin mart ABŞ bazarına çıxarması gözlənilən planşet kompüterinə aid fotoşəkillər internetdə yayımlanıb
10-02-2012 / 17:17
FaktXeber.com-un verdiyi məlumata görə, "RepairLabs" saytı tərəfindən yayımlanan fotoşəkillər, "Apple"nin yeni planşetlərinə aiddir. "RepairLabs", əlinə keçən fotoşəkillərlə iPad2 və iPad3-ün arxa hissələrini müqayisə edib və dəyişikliklər haqqında ilkin ehtimalları yazıb.
Mütəxəssislər planşetin arxa qisimin dizaynını araşdırdıqda, iPad3-ün əvvəlki modelə nisbətən daha böyük batareyaya və fərqli kameraya malik olacağını düşünürlər. Bundan əlavə, iPad3-ün böyük ehtimalla fərqli bir LCD ekranı olacağı da bildirilir.
iPad3-ün əməliyyat sistemində oyun gücünü artıracaq yeni bir GPU (qrafik prosessor) və A6 CPU (mərkəzi əməliyyat sistemi) istifadə olunacaq.
iPad3 barədə ən böyük gözləntilərdən biri isə görüntü sisteminin mövcud iPad2-ninkindən 3 dəfə artıq, yəni 2048×1536 olacağıdır. Eyni zamanda, A6 prosessorunun iki nüvəli olması, beləcə əməliyyat zamanı daha güclü olacağı təxmin edilir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.