Rusiyanın paytaxtı Moskvada xaricilərin əli olan cinayətlərin sürətlə artdığı bildirilir
10-02-2012 / 16:32
FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə mətbuata açqılama verən Rusiya İstintaq Komitəsi Moskva şəhər prokuroru Vadim Yakovenko, paytaxtda 2011-ci ildə baş verən cinayətlərin sayı barədə hesabat verib.
Cinayət saylarının azalmasına baxmayaraq, xarici vətəndaşların törətdiyi cinayətlərin sayının ötən il 12 faiz artdığını vurğulayan Yakovenko, "2011-ci ildə Moskvada hər yeddi cinayət və hər üç təcavüzdən birini xaricilər törədib. Bunların çoxu da keçmiş Sovet respublikalarından gələnlərdir", -deyib.
Moskvada cinayət sayının ötən il 15 faiz azalaraq 491-ə endiyini söyləyən prokuror, bu cinayətlərin də 70,5- faizinin üstünün açıldığını bildirib.
Yakovenko, 194 yetkinlik yaşına çatmayan gəncin və 234 uşağın cinsi təcavüzə məruz qaldığını, bunlardan çoxunun da yaxın qohumlar tərəfindən törədildiyini açıqlayıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.