AMERİKA ASİYA İLƏ BİRLƏŞƏCƏK VƏ YENİ "AMASİYA" QİTƏSİ YARANACAQ
Bu qitələrin 300 milyon il əvvəl, Pangeya adı verilən super qitə halında bir yerdə olduqları təxmin edilir
10-02-2012 / 15:45
FaktXeber.com-un "Nature" jurnalına istinadən verdiyi məlumata görə, Amerikanın Yale Universitetinin alimləri Amerika və Avrasiya qitələrinin 50-200 milyon illik müddət ərzində birləşəcəyini açıqlayıblar.
Alimlər bir-birinə qovuşacaq digər iki qitənin isə Afrika və Avstraliya olacağı qənaətindədirlər. Bu qitələr isə dünyanın yeni halının iki əhəmiyyətli quru ərazisindən ibarət olacağını göstərir.
Bu qitələrin 300 milyon il əvvəl, Pangeya adı verilən super qitə halında bir yerdə olduqları təxmin edilir.
İndi isə yeni super qitənin adı Amerika və Asiya qitələrinin adlarından yaranaraq "Amasiya" olacaq.
Qeyd edək ki, tektonik hərəkətlərin davamlı şəkildə baş verdiyi dünyada, qitələr çox aşağı sürətlə də olsa davamlı hərəkət edirlər.
Geoloqlar, tektonik plitələrin illik hərəkətləri sayəsində qitələrin daha əvvəl də birləşdiyi və 1,7 milyard il əvvəl Nuna super qitəsinin, bir milyard il əvvəl Rodinia super qitəsinin və 300 milyon il əvvəl isə Pangeya super qitəsinin əmələ gəldiyini təxmin edirlər.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.