Çində iqtisadi artıma ən böyük dəstək verən işçilər qəhətə çıxıb, böyük şəhərlərdə işçi çatışmazlığı var
10-02-2012 / 15:13
Sürətlə böyüyən iqtisadiyyatına görə hər gün birjalarda adı hallandırılan Çində, xüsusilə bahar bayramından sonra istehsalın artımı ilə bölgələrdə işçi problemi başlayır.
FaktXeber.com-un verdiyi məlumata görə, firmaların əksəriyyəti ölkə daxilində yaradılan iş yarmarkalarında şirkətlərini tanıdır və iş axtaranlar bu sərgilərdə işə götürənlərlə görüşürlər.
Firmaların çoxu işçi çətinliyinə görə daha yaxşı ödəniş və iş imkanları təklif etməyə çalışırlar.
Hətta bəzi firmalar, bahar bayramında evlərinə qayıdan fəhlələrin yenidən öz şirkətlərində işləməsi və vaxtında qayıtması üçün işçilərinə bahar bayramından sonra əmək haqqından əlavə 1000 yuan (təxminən 135 AZN - red.) hədiyyə veriləcəyini bildirirlər.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.