Avro Bölgəsi iqtisadiyyat və maliyyə nazirləri 130 milyard avroluq ikinci yardım paketini gözləyən Yunanıstana qırmızı işıq yandırdı
10-02-2012 / 14:19
FaktXeber.com-un verdiyi məlumata görə, Belçikanın baş nazir köməkçisi və maliyyə naziri Steven Vanakkere, Avro Qrupu toplantısından sonra verdiyi açıqlamada, ''Yunanıstana yaşıl işıq yoxdur. Nazirlər Yunanıstanın qənaət tədbirlərini tətbiq edəcəyi barədə zəmanət istəyir. Bu həyati əhəmiyyət daşıyır. Hələ ödənməsi lazım olan çoxlu sayda şərtlər var'' deyib.
Lüksemburqun baş naziri və Avro Qrupu rəhbəri Jan-Clod Yunker isə Yunanıstanın ikinci xilas paketi üçün son qənaət layihəsini məclisdə qəbul etməsini və xərclərindən 325 milyon avroluq qənaəti ortaya qoymasını istəyib.
''Son günlər əldə olunan irəliləyişlərə baxmayaraq, masada bu gün qərar verəcək qədər nümunə yoxdur'' deyən Yunker, Avro Qrupunun gələn həftə yenə toplanacağını söyləyib.
Yunker ayrıca olaraq, Yunanıstan rəhbərlərindən seçkilərdən sonra AB və BVF-nin birgə yardım paketini dəstəkləyib tətbiq edəcəkləri mövzusunda zəmanət vermələrini tələb edib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.