NƏSİMİ RAYONU ƏRAZİSİNDƏ EYNİ BİNADA NÖVBƏTİ YANĞIN
Yanğının söndürülməsi zamanı binanın digər sakinləri ilə yanan mənzilin sahibi arasında insident yaşanıb
10-02-2012 / 12:05
Faktxeber.com-un verdiyi məlumata görə, bu gün saat 11:00 radələrində Nəsimi rayonu, Rəşid Behbudov küçəsi 20 ünvanında yerləşən beşmərtəbəli binanın sonuncu mərtəbəsində yanğın baş verib. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə Xidmətinin Nəsimi rayon şöbəsinin əməkdaşları cəlb olunub. Tez bir zamanda yanğının qarşısı alınıb. Faktxeber.com-un hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, yanvarın 16-da bu binada güclü yanğın baş vermişdi. Bu dəfə də yanğın eyni mənzildə baş verib. Yanğının söndürülməsi zamanı binanın digər sakinləri ilə yanan mənzilin sahibi arasında insident yaşanıb. Onlar yanğının qəsdən törədildiyini iddia edirlər.
FHN-nin Yanğından Mühafizə Xidmətinin Nəsimi rayon şöbəsinin əməkdaşlarının bildirdiyinə görə, yanğın artıq dəfələrlə eyni mənzildə baş verir. Məsələnin araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.