AZƏRBAYCAN İNTERNET İSTİFADƏÇİLƏRİNİN SAYINA GÖRƏ ERMƏNİSTANDAN GERİDİR
İnternet World Stats 2011-ci ildə müxtəlif ölkələrdə internet istifadəçilərinin sayı haqqında hesabat yayıb
10-02-2012 / 11:06
Sənədə əsasən, bu sahədə İslandiya (ölkə əhalisinin 97%-i), Norveç (94,4%) və İsveç (92,4%) liderdir.
Azərbaycana gəlincə, ölkədə internet istifadəçilərinin sayı əhalinin 44,1%-ni təşkil edib. “Turan” bildirir ki, bu rəqəmlər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin statistikası ilə üst-üstə düşmür. Nazirliyin məlumatına görə, ölkədə internet istifadəçilərinin sayı 65%-dir.
Postsovet ölkələri arasında Azərbaycan internetin yayılma səviyyəsinə görə Estoniya (75,7%), Latviya (68,2%), Litva (59,5%), Ermənistan (47,1%), Belarusdan (46,3%) geri qalır, Rusiya (43,0%), Qırğızıstan (39,3%), Qazaxıstan (34,1%), Ukrayna (33,9%), Moldova (30,9%), Gürcüstan (28,3%), Özbəkistan (26,8%), Tacikistan (9,2%) və Türkmənistandan (1,6%) öndədir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.