Zuckerberg Təqaüdçü Müəllimlər Fondundan gözləmədiyi məktub alıb
09-02-2012 / 12:33
FaktXeber.com-un verdiyi məlumata görə, Facebook rəhbəri Mark Zuckerberg ABŞ-ın Kaliforniya ştatı Təqaüdçü Müəllimlər Fondundan (CaISTRS) gözləmədiyi məktub alıb.
Fondun direktoru Anna Sheeban, Facebookun 27 yaşlı rəhbəri Zuckerbergə dünən göndərdiyi məktubda, şirkətin İdarə Heyətində qadınların təmsil olunmamasının onları narahat etdiyini yazıb və bunin səbəbini soruşub.
Sheeban, "idarə heyətlərində müxtəlifliyə icazə verən şirkətlərin, homogen idarə heyətinə sahib şirkətlərdən daha müvəffəqiyyətli olduğunun bilindiyi bir dövrdə, bu həqiqət daha çox gözə batır" deyə yazıb.
Sheeban ayrıca olaraq, Facebook əməliyyat müdiri Sherly Sandbergin idarə heyətlərində müxtəlifliyi dəstəkləyən şəxs olduğuna diqqət yönəldib. Sheeban, ictimaiyyətdəki hissə sahiblərinin Facebook rəhbərliyində az da olsa nüfuz sahibi ola bilmələrini istəyib. Facebook Sheebanın məktubu haqqında heç bir açıqlama verməyib.
Analitik Janice Hester-Amey, CalSTRSın Facebook hissələrinə sərmayə qoymaq qərarı verdikdən sonra şirkətin İdarə Heyətində qadın olmadığını başa düşdüklərini və bu vəziyyətin özlərini də narahat etdiyini bildirib.
Xatırladaq ki, Facebookun mövcud İdarə Heyəti Zuckerberg, texnologiya idarəçisi Marc Andreessen, risk kapitalisti Jim Breyer, "Vaşinqton Post" CEO-i Donald Graham, "Netflix" CEO-i Reed Hastings, Ağ Evin keçmiş səlahiyyətlisi Erskine Bowles və risk kapitalisti Peter Thieldən ibarətdir. Zuckerberg İdarə Heyətindəki səs haqqının 57 faizinə sahibdir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.