BU GÜN BERLİNDƏ BEYNƏLXALQ KİNOFESTİVALIN AÇILIŞI OLACAQ
Berlində 10 gün ərzində 400 film nümayiş olunacaq
09-02-2012 / 12:15
Faktxeber.com-dan verilən məlumata görə, bu gün Berlində 62-ci Beynəlxalq Kinofestivalın açılışı olacaq.
Tədbir fevralın 19-na kimi davam edəcək.
Festivalın münsiflər heyətinin nümayəndəsi ingilis rejissoru Mayk Lidir.
Münsiflər heyətinə həmçinin fransız rejissoru Fransua Ozon, aktyor Ceyk Cillenhol və Şarlotta Gensbur daxildir.
Festivalın fəxri qonağı qismində isə amerikalı aktrisa Meril Strip dəvət olunub.
Ən yaxşı film üçün «Qızıl ayı», ən yaxşı rejissor işi, aktyor oyunu, rəsam işi və ssenrist üçün 6 «Gümüş ayı», həmçinin Alfred Bauer adına mükafat fevralın 18-də təqdim olunacaq.
62-ci Berlin Kinofestivalının builki mövzusu «Sınıqlar və dəyişikliklər»dir.
Berlində 10 gün ərzində 400 film nümayiş olunacaq.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.