Britaniya alimlərindən ibarət bir qrup zebraların xüsusi zolaqlarının səbəbləri barədə öz düşüncələrini paylaşıblar
09-02-2012 / 11:27
Faktxeber.com-dan verilən məlumata görə, Britaniya alimlərindən ibarət bir qrup zebraların xüsusi zolaqlarının səbəbləri barədə öz düşüncələrini paylaşıblar.
«Journal of Experimental Biology» elmi jurnalında dərc olunan məqalədə məhz bu cür rənglənmənin ən az diqqət cəlb etdiyi vurğulanıb.
Alimlər üç at modeli üzərində təcrübə aparıblar: Onlardan biri ağ, ikincisi qara, üçüncüsü isə zebra kimi rənglənir. Üzərinə qonan cücüləri saya bilmək üçün hər üç model xüsusi yapışqan maye ilə örtülür.
Məqalədə yazdığına görə, məhz üçüncü model ən az həşəratı özünə cəlb edib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.